“Bayer” Bayerlə maraqlanır

“Hoffenhaym”ın alman hücumçusu Maksimilian Bayer Leverkuzen “Bayer”inin maraq dairəsindədir.

Sports.az xəbər verir ki, “Bayer” Maksimilian Bayeri çex hücumçu Adam Qlojekin mümkün əvəzedicisi kimi və ya “əczaçılar”ın nigeriyalı hücumçusu Viktor Bonifase üçün imtina edə bilməyəcəyi təklif alacağı təqdirdə heyətinə qatmaq məqsədilə diqqətdə saxlayıb.

Bununla belə, Leverkuzen klubunun rəhbərliyi Bayerin transfer müqaviləsinin çox baha başa gələcəyini də diqqətə alır. Belə ki, Maksimilian Bayerin təzminat məbləği 30 milyon avro və əlavə olaraq yüksək maaş və imza üstəliklərini ehtiva edir.

Son xəbərlər

DAHA ÇOX

Ən çox oxunanlar