Markizio Poqba haqda: “Mançester Yunayted”ə qayıdışı yanlış idi”

“Yuventus”un italyan keçmiş yarımmüdafiəçisi Klaudio Markizio hesab edir ki, fransalı yarımmüdafiəçi Pol Poqba 2016-cı ildə “Qoca sinyora”nın düşərgəsini tərk edib “Mançester Yunayted” getməməli idi.

Sports.az Markizionun bu barədə fikirlərini təqdim edir:

“Onun başına gələnlər mənə çox ağrı verir. Meydanda məni ən çox heyran edən komanda yoldaşlarımdan biri idi. Zədələr ona layiq olduğu karyeranı qurmağa mane oldu - o, “Qızıl top”u hədəfləyə bilərdi. Məncə, “Mançester Yunayted”ə qayıtmaq yanlış idi. Bu, onun tərəqqisinə kömək etmədi”.

Son xəbərlər

DAHA ÇOX

Ən çox oxunanlar