Qrimaldo Vinisiusa dəstək nümayiş etdirdi

Leverkuzen “Bayer”inin ispan sol cinah müdafiəçisi Alexandro Qrimaldo irqi ayrı-seçkiliyə qarşı mübarizədə “Real”ın braziliyalı vingeri Vinisius Junioru dəstəkləyib.

Sports.az ispan futbolçunun bu barədə fikirlərini təqdim edir:

“İspaniyada Vinisiusla olduğu kimi hadisələrin baş verdiyini görmək xoş deyil. Biz irqçiliyin kökünü kəsmək üçün mübarizəni davam etdirməliyik və bunun Vinisiusun və ya başqa futbolçunun başına gəlməməsini təmin etməliyik”.

Son xəbərlər

DAHA ÇOX

Ən çox oxunanlar