“Liverpul” Xabini komandanın baş məşqçisi təyin etmək fikrindən daşındı

“Liverpul” Leverkuzen “Bayer”inin baş məşqçisi Xabi Alonsonu müvafiq vəzifəyə dəvət etmək fikrindən imtina edib.

Sports.az xəbər verir ki, “Liverpul” rəhbərliyi Alonsonun təyinatını artıq nəzərdən keçirmir, çünki ispan mütəxəssis ən azı bir mövsüm daha “Bayer”də qalmaq niyyətindədir.

Vurğulanır ki, “qırmızılar”ın rəhbərliyi digər namizədlərə baxış keçirəcək. “Liverpul”un qısa siyahısında “Sportinq”in portuqal çalışdırıcısı Ruben Amorim və “Brayton”un italyan baş məşqçisi Roberto De Zerbi var.

Son xəbərlər

DAHA ÇOX

Ən çox oxunanlar