“Bayern” Zidanı komandasının baş məşqçisi görmək istəyir

“Bayern” fransalı mütəxəssis Zinəddin Zidanı cari mövsümün sonunda Tomas Tuxelin gedişindən sonra boş qalacaq, komandanın baş məşqçisi vəzifəsinə əsas namizədlərdən biri hesab edir.

Sports.az xəbər verir ki, hazırda tərəflər arasında birbaşa əlaqə olmayıb.

Bildirilir ki, Zidanın özü də “Bayern”i çalışdırmaq imkanını maraqla nəzərdən keçirir. Çünki fransalı mütəxəssis “Bayern”in Zidanın birvaxtlar çalışdırdığı və uğur qazandığı “Real”a bənzədiyi qənaətindədir. Zidan “Bayern”in böyük tarixi olduğunu bilir və Almaniya nəhənginin əla iş şəraiti təklif etməyə hazır olduğuna da əmindir.

Üstəlik, “Bayern” rəhbərliyinin Münhen komandasının sabiq fransız vingeri Frank Riberinin Zidanın köməkçisi olmasını istəməsi də vurğulanır.


 

Son xəbərlər

DAHA ÇOX

Ən çox oxunanlar