Gündoğan PSJ ilə ÇL oyununda üzləşdiyi məqama dair danışdı

“Barselona”nın türkəsilli almaniyalı yarımmüdafiəçisi İlkay Gündoğan hesab edir ki, Çempionlar Liqasının 1/4 finalında PSJ ilə evdə cavab oyununun (1:4) baş hakimi “blauqrana”nın xeyrinə penalti təyin etməməklə səhv edib.

Sports.az  xatırladır ki, oyunun 64-cü dəqiqəsində İlkay Vitinya ilə təmasdan sonra qonaqların cərimə meydançasında yıxılıb.

Hakimin fikrincə Gündoğan bu məqamda simulyasiyaya edib və buna görə də hakim onu sarı vərəqə ilə cəzandırıb.

“Məncə, penalti olmalı idi. Mən təmassız yıxılıb-düşmütəm, ona görə də hər şey mənə aydındır”.

Son xəbərlər

DAHA ÇOX

Ən çox oxunanlar