“Milan”ın ulduz futbolçusu “Beşiktaş”a keçir

“Milan” hücumçusu Ante Rebiç karyerasını Türkiyə Superliqasında davam etdirəcək.

Sports.az xəbər verir ki, xorvat futbolçuyla “Beşiktaş” razılıq əldə edib.

Rebiç tibbi müayinədən keçmək üçün sabah İstanbula uçacaq. Transfer məbləği 1,5 milyon avro, əlavə olaraq da bonus şəklində 1,5 milyon avro təşkil edəcək. 29 yaşlı futbolçu İstanbul təmsilçisində ilinə 2,5 milyon avro qazanacaq.

Qeyd edək ki, Rebiç “Milan”a 2019-cu ildə Frankfurt “Ayntraxt”ından keçib. O, “rossoneri”lərin heyətində 127 oyun keçirib, 29 qol vurub və 14 məhsuldar ötürmə verib.

Son xəbərlər

DAHA ÇOX

Ən çox oxunanlar