\"Fənərbağça\" qazaxstanlı futbolçuya 3 milyon avro təklif edir

“Fənərbaxça” “Zenit”in futbolçusu Nuralı Alıpı transfer etmək istəyir. 

Sports.az xəbər verir ki, İstanbul klubu qazaxıstanlı müdafiəçiyə görə 2,5-3 milyon avro təklif edib.

Sankt-Peterburq təmsilçisi isə oyunçusunu 5 milyon avro istəyir.

“Fənər” artıq Alıpın meneceri ilə danışıqlara başlayıb.

Qazaxıstan millisinin üzvü karyerasını Türkiyə Super Liqasında davam etdirməkdə maraqlıdır.

Qeyd edək ki, bir müddət əvvəl “Beşiktaş”ın da futbolçu ilə maraqlanması haqqında xəbərlər yayılmışdı.

Son xəbərlər

DAHA ÇOX

Ən çox oxunanlar