Sançes PSJ-ni “Roma”ya dəyişə bilər

PSJ-nin futbolçusu Renato Sançes bu yay komandasını dəyişə bilər.

Sports.az xəbər verir ki, Paris təmsilçisinin planlarına daxil olmayan və əsas heyətdən kənar məşq edən yarımmüdafiəçiylə “Roma” maraqlanır. “Canavarlar” portuqaliyalını icarəyə götürmək istəsə də, PSJ futbolçusunu satmaq istəyir. Parislilər Sançesə 20 milyon avro qiymət qoyub.

Qeyd edək ki, Sançes ötən yaydan PSJ-də çıxış edir. O, son mövsüm Fransa çempionatında 10 oyunda iştirak edib və 2 qol vurub.

Son xəbərlər

DAHA ÇOX

Ən çox oxunanlar