Dembele PSJ-yə keçməyə yaxındır

“Barselona”nın futbolçusu Usman Dembele PSJ-yə keçməyə yaxındır.

Sports.az xəbər verir ki, Paris təmsilçisi 26 yaşlı hücumçuyla 5 illik müqaviləni razılaşdırıb.

PSJ “Barsa”ya Usmanın müqaviləsində yer alan 50 milyon avroluq sərbəst qalma maddəsini aktivləşdirməyə hazır olduqlarını bildirib.

Qeyd edək ki, Dembele ötən mövsüm Kataloniya klubunun heyətində 35 oyunda iştirak edib, 8 qol vurub və 9 assist edib.

Son xəbərlər

DAHA ÇOX

Ən çox oxunanlar