Beynindəki şiş götürüldükdən sonra futbola qayıtdı

“Atalanta” və “Yuventus”un keçmiş yarımmüdafiəçisi Simone Muratore futbola qayıdıb.

Sports.az xəbər verir ki, futbolçu 2 il öncə keçirdiyi ağır beyin əməliyyatından sonra karyerasını bərpa edib.

Yarımmüdafiəçinin başındakı şiş cərrahi müdaxilə ilə götürüldükdən sonra həkimlərin onun futbol oynamasına icazə veriblər.

“Yuventus” hazırda yeni klub axtarışında olan 25 yaşlı oyunçusuna məşq etmək üçün icazə verib.

Muratore karyerası ərzində bütün turnirlərdə 179 oyuna çıxıb, 18 qol vurub və 6 məhsuldar ötürmə edib.

Son xəbərlər

DAHA ÇOX

Ən çox oxunanlar