Mahir Emreli \"Dinamo Zaqreb\"i hesabda önə çıxardı

Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin çıxış etdiyi Xorvatiyanın "Dinamo" (Zaqreb) klubu bu gün Çempionlar Liqasının 2-ci təsnifat mərhələsinin cavab oyununa çıxıb.

Sports.az xəbər verir ki, komanda "Astana"nın (Qazaxıstan) qonağıdır. Görüş Bakı vaxtı ilə saat 18:00-da başlayıb. 

Mahir meydana start heyətdə daxil olub. O, 24-cü dəqiqədə fərqlənib.

Qeyd edək ki, Zaqreb təmsilçisi ilk görüşdə rəqibini darmadağın edib - 4:0.

2 avqust

Çempionlar Liqası, 2-ci təsnifat mərhələsi, cavab oyunları

18:00. "Astana" (Qazaxıstan) - "Dinamo" (Zaqreb, Xorvatiya) - 0:1

Qol: Mahir Emreli, 24
İlk oyun - 0:4

Son xəbərlər

DAHA ÇOX

Ən çox oxunanlar