“Barselona” Feliksi transfer etmək istəyir

“Atletiko”nun hücumçusu Joao Feliks karyerasını “Barselona”da davam etdirə bilər.

Sports.az xəbər verir ki, kataloniyalılar fransalı cinah oyunçusu Usman Dembelenin mümkün gedişi səbəbindən Felikslə maraqlanır. Portuqaliyalı 2019-cu ildən “Atletiko”da çıxış edir.

Onun Madrid komandası ilə müqaviləsi 2027-ci ilin yayına qədərdir.

2022/23 mövsümünün ikinci hissəsində “Çelsi”də icarə əsasında çıxış edib. Bu ilin iyulunda futbolçu “Barselona”ya keçmək arzusunda olduğunu demişdi.

Son xəbərlər

DAHA ÇOX

Ən çox oxunanlar