AFFA-dan Yusif Cəfərova 2 oyunluq cəza

Bu gün İntizam Komitəsinin iclası keçirilib.

Sports.az xəbər verir ki, iclasda 2-ci liqanın 17-ci turunun oyunları ilə bağlı aşağıdakı qərarlar qəbul edilib:

“Şahdağ Qusar” – “Sheki City” oyununda “Sheki City” klubunun rəsmi şəxsləri “A Buraxılışı” vəsiqəsi taxmadığına görə “Sheki City” klubu 50 manat cərimə edilib.

“Şahdağ Qusar” – “Sheki City” oyunu bitdikdən sonra “Sheki City” klubunun 8 nömrəli futbolçusu Yusif Cəfərov rəqib komandanın üzvünə fiziki təsir göstərməyə cəhd etdiyinə görə 2 oyun cəzalanıb, “Sheki City” klubu 200 manat cərimə edilib.

“Qusar” – “Kürmük Qax” oyununda topdaşıyanların say limiti pozulduğuna görə “Qusar” klubu 80 manat cərimə edilib.

“Kür-Araz” – “Cəbrayıl” oyununun 45-ci dəqiqəsində “Cəbrayıl” klubunun 1 nömrəli qapıçısı Fərman Bayramov rəqibi aşkar qol imkanından məhrum etdiyinə görə birbaşa qırmızı vərəqə aldığı üçün 1 oyun cəzalanıb, “Cəbrayıl” klubu 80 manat cərimə edilib.

“Kür-Araz” – “Cəbrayıl” oyununun 63-cü dəqiqəsində “Kür-Araz” klubunun azarkeşləri tərəfindən pirotexniki vasitədən istifadə edildiyinə görə “Kür-Araz” klubu 150 manat cərimə edilib.

Son xəbərlər

DAHA ÇOX

Ən çox oxunanlar