“Qarabağ”ın legioneri millidə qol vurdu

Əlcəzair millisi “FİFA series - Edition 2024” layihəsi çərçivəsində evdə Boliviya ilə qarşılaşıb.

Sports.az xəbər verir ki, matçda Əlcəzair millisi 3:2 hesablı qələbə qazanıb.

"Qarabağ"ın futbolçusu Yassin Benzya da Əlcəzair millisinin heyətində meydana çıxıb. 29 yaşlı yarımmüdafiəçi 2-ci hissədə mübarizəyə qoşulub. O, 79-cu dəqiqədə komandasının 2-ci qolunu vurub.

Qeyd edək ki, Yassin Benzia 6 il sonra Əlcəzair millisinə çağırılıb. Onun komandasını 3 gün sonra Cənubi Arfika yığmasıyla da sınaq matçı gözləyir.

Son xəbərlər

DAHA ÇOX

Ən çox oxunanlar