Roke “Barselona”nı icarə əsasında tərk edə bilərmi?

“Barselona”nın braziliyalı hücumçusu Vitor Rokenin maraqlarını təmsil edən agenti Andre Kuri gənc futbolçunun yay transfer pəncərəsində icarə əsasında “Barselona”dan mümkün gedişi haqda yayılmış xəbərləri təkzib edib.

Sports.az agentin bu barədə məlumatını təqdim edir:

“Vitor “Barselona”da çox xoşbəxtdir, onun icarəyə getmək imkanı yoxdur. O, fiziki və əqli cəhətdən çox yaxşıdır və bunu meydanda sübut etmək üçün daha çox dəqiqə gözləyir. Xavi onu çox sevir”, deyə Kuri vurğulayıb.

Son xəbərlər

DAHA ÇOX

Ən çox oxunanlar