“Milan” Teo Ernandeslə müqaviləsini yeniləmək niyyətindədir

Milan rəhbərliyi komandanın 26 yaşlı fransalı sol cinah müdafiəçisi Teo Ernandes ilə 2026-cı ilin yayında başa çatacaq əmək müqaviləsinin müddətini uzatmaq niyyətindədir.

Sports.az xəbər verir ki, “rossoneri”nin Ernandesi klubda saxlamaq istəyi fransalı futbolçuya Almaniya nəhəngi “Bayern”in fəal marağı mənzərəsində güclənib.

“Milan” rəhbərliyinin baş məsləhətçisi Zlatan İbrahimoviçin Ernandeslə müqavilənin yenilənməsi ilə bağlı danışıqlarda birbaşa iştirak etməli olduğu vurğulanır.
 

Son xəbərlər

DAHA ÇOX

Ən çox oxunanlar