Kreativlik, yoxsa kretinizm? - FOTOLAR

AFFA-nın yeni gələcək rəhbərliyinin "əl işi" artıq görülməkdədi. 

Federasiya, PFL və klubların sosial şəbəkə hesabları çərşənbələr münasibətilə bir aydı davam edən təbrikləri bitirən kimi növbəti "zombi aksiyası"na start verib. 

Monqolustanla "prinsipial" qarşılaşmadan əvvəl əksər klublar rəsmi səhifələrində milli komandamıza uğurlar arzulayır, "tarixi qələbə"dən sonra təntənəli təbriklər ünvanlayır.

Bolqarıstanla heç bir turnir əhəmiyyəti olmayan (gürcülərə baxıb gözünüzə su verin) görüşdən əvvəl yenə klubların sosial şəbəkə hesabları milliyə uğurlar arzulamaq yarışına çıxıb...

...Çox süni, şit, əttökən!

Belə "kreativ başlanğıc"ın sonu yaxşı görünmür... 

Deyəsən, hər şey yaxşı olmayacaq...

Son xəbərlər

DAHA ÇOX

Ən çox oxunanlar