Xavi “Barselona”da qala bilər, amma başqa vəzifədə

“Barselona”nın baş məşqçisi Xavi Kataloniya klubunda qalıb fəaliyyətini davam etdirə bilər, amma başqa bir vəzifəyə keçməklə.

Sports.az xəbər verir ki, “Barselona” Xavinin klubda qalmasını istəyir və mütəxəssis komandanın baş məşqçisi vəzifəsindən ayrıldıqdan sonra ona vəzifə təklif etməyə hazırdır.

Xatırladaq ki, bundan əvvəl Xavi klubun yeni inkişaf vektoruna ehtiyacı olduğunu əsas gətirərək mövsümün sonunda “Barselona”nın baş məşqçisi vəzifəsini tərk edəcəyini bildirmişdi. Eyni zamanda, Kataloniya klubunun prezidenti Joan Laporta ispaniyalı mütəxəssisin qərarını dəyişəcəyinə ümidvar olduğunu vurğulayıb.

Son xəbərlər

DAHA ÇOX

Ən çox oxunanlar