“Napoli”nin Kim Min Ceni qaytarmasına nə mane ola bilər?

Məlum olduğu kimi, “Napoli” komandanın keçmiş müdafiəçisi Kim Min Ceni Neapola geri qaytarmaq niyyətindədir.

Sports.az xəbər verir ki, “Napoli” koreyalı futbolçunu icarə əsasında heyətinə qatmağı düşünür.

Amma mümkün müqavilədə maneələrdən biri, Kim Min Cenin “Bayern”lə hazırkı müqaviləsinə əsasən illik 8,5 milyon avro məbləğində olan maaşı göstərilir. Belə ki, hazırda “Napoli” üçün bu məbləği ödəməyin çətin olacağı vurğulanır.

Son xəbərlər

DAHA ÇOX

Ən çox oxunanlar