“Mbappeni Parisdən çıxarmaq mümkün deyildi”

“Bayern”in keçmiş sədri Oliver Kan Münhen klubunun PSJ və Fransa yığmasının ulduz hücumçusu Kilian Mbappeni almağa çalışıb-çalışmadığını haqda sualı cavablayıb.

Sports.az alman mütəxəssisin bu barədə cavabını təqdim edir:

“Heç bir konkret məlumat yox idi. Kilianı Parisdən çıxarmaq mümkün deyildi. Halandın isə “Borussiya” ilə müqaviləsində sərbəstqalma maddəsi vardı. Bunu nəzərə almasaydıq, səhlənkarlıq olardı. Biz Avropanın ən yaxşı hücumçularını müəyyənləşdirməli və onlardan hansının bizə uyğun olacağını dəyərləndirməli idik”.

Son xəbərlər

DAHA ÇOX

Ən çox oxunanlar