“Bir neçə Rusiya klubu İspaniya La Liqası və Sequndada mübarizə apara bilər”

Moskva “Rodina”sının baş məşqçisi, ispan mütəxəssis Frank Artiqa Rusiya Birinci Liqasının (FNL) klublarının səviyyəsini İspaniyanın ikinci və üçüncü divizionlarında çıxış edən komandalarla müqayisə edib, həmçinin Rusiya Premyer Liqasının bəzi klublarının İspaniya La Liqasında yüksək yerlər uğrunda mübarizə apara biləcəyini bildirib.

Sports.az ispan mütəxəssisin bu barədə fikirlərini təqdim edir:

“İspaniyada məndən FNL-də futbolun səviyyəsi barədə tez-tez soruşurlar. Ola bilsin ki, burada Sequndada asanlıqla oynaya biləcək beş-altı komanda var.

Şübhəsiz ki, Rusiya Premyer Liqasında (RPL) İspaniya La Liqasında yüksək yerlər uğrunda mübarizə apara biləcək beş-altı komanda var”.

Son xəbərlər

DAHA ÇOX

Ən çox oxunanlar