Kan Tuxelin “Bayern”dəki uğursuzluğunu izah etdi

Keçmiş qapıçı və “Bayern”in idarə heyətinin sabiq sədri Oliver Kan Tomas Tuxelin Münhen komandasının baş məşqçisi kimi özünü layiqincə sübut edə bilməməsinin səbəbini açıqlayıb.

Sports.az xatırladır ki, Tuxel cari mövsümün sonunda Almaniya klubunu tərk edəcəyini açıqlayıb.

“Parisdə ulduzlarla dolu komandanı Çempionlar Liqasının finalına çıxarmış və “Çelsi” ilə Çempionlar Liqasını qazanmış, Avropanın ən maraqlı məşqçilərindən birinin Münhendə bu qədər çətinliklərin öhdəsindən gəlməli olması çox şey deyir.

“Bayer” Bundesliqada əla mövsüm keçirdi. Onların inanılmaz məğlubiyyətsizlik silsiləsi var. Bunun nə vaxtsa “Bayern” üçün öz təsirini göstərməsi qaçılmaz idi, amma etiraf etməliyik ki, Leverkuzen klubu əsrin mövsümünü yaşayır. Bu, bir anda “Bayern”i taxtdan salmağın yeganə yolu idi. Çempionlar Liqasında isə fərqlidir”.

Son xəbərlər

DAHA ÇOX

Ən çox oxunanlar