Karrager Halandın artırmalı olduğu keyfiyyətdən danışdı

“Liverpul”un keçmiş müdafiəçisi, hazırda isə futbol mütəxəssisi çalışan Ceymi Karrager “Mançester Siti”nin norveçli qolçu hücumçusu Erlinq Halandın ən yaxşı oyunçu adı uğrunda mübarizədə Kilian Mbappe ilə rəqabət aparmaq üçün nəyi təkmilləşdirməli olduğu haqda danışıb.

Sports.az ingilis mütəxəssisin bu barədə fikirlərini təqdim edir:

“Əgər onun yeganə marağı qol rekordları qırmaqdırsa, heç nəyi dəyişməyə ehtiyac yoxdur. Əgər onun “Qızıl top”u qazanmaq və “Real”da oynamaq kimi ciddi iddiaları varsa, o zaman fəsadları ola bilər. O, bu irəliləyişə nail olmaq üçün oyununu təkmilləşdirməli və öz nəslinin ən yaxşı oyunçusu adı uğrunda rəqibi Kilian Mbappe ilə ciddi rəqabət aparmalıdır”.

Son xəbərlər

DAHA ÇOX

Ən çox oxunanlar