“Fənərbağça” “Milan”ın futbolçusuyla maraqlanır

“Fənərbağça” heyətini gücləndirməkdə davam edir.

Sports.az xəbər verir ki, İstanbul təmsilçisinin növbəti hədəfi “Milan”ın futbolçusu Rade Kruniçdir. “Fənər” bosniyalı yarımmüdafiəçi üçün “Milan”la danışıqlara başlayıb. “Rossoneri”lərin Kruniçi satmağa hazır olduğu deyilir.

Qeyd edək ki, Kruniç 2019-cu ilin yayından “Milan”da çıxış edir. O, son mövsüm ərzində 34 oyunda iştirak edib.

Son xəbərlər

DAHA ÇOX

Ən çox oxunanlar