“İnter” Sommeri transfer edir

“Bayern Münhen”in qapıçısı Yan Sommer karyerasını İtaliya A Seriyasında davam etdirəcək.

Sports.az xəbər verir ki, isveçrəli futbolçu “İnter”ə keçəcək. 34 yaşlı qolkiper İtaliya klubu ilə 2025-ci ilin yayına qədər müqavilə imzalayacaq.

Sommer bu ilin yanvar ayında Mönhenqladbax “Borussiya”sından 9 milyon avroya “Bayern”ə keçmişdi. Münhen təmsilçisinin heyətində 25 oyun keçirən Yan Almaniya çempionu olub.

Son xəbərlər

DAHA ÇOX

Ən çox oxunanlar