“Qəbələ”dən “Sabah”a 2 cavabsız qol

“Qəbələ” yoxlama oyunu keçirib.

Sports.az xəbər verir ki, “qırmızı-qaralar” milli komandaların matçları ilə əlaqədar Premyer Liqada yaranan fasilə dövründə “Sabah”la üz-üzə gəlib.

Qarşılaşma Bakıdakı “Bank Respublika Arena”da təşkil olunub. Görüşdə hesabı “Qəbələ” açıb. Birinci hissədə Əyyub Allaş meydan sahiblərinin qapısına yol tapıb. Milli üzvlərinin iştirak etmədiyi qarşılaşmanın gedişində hər iki komandanın heyətində dəyişikliklər olub. Fasilədən sonra “qırmızı-qaralar” daha bir qola imza atıb. Bu dəfə Bilel Auaşeriya fərqlənib. Beləliklə, “Qəbələ” yoxlama oyununda 2:0 hesablı qələbə qazanıb.

“Qəbələ” növbəti matçını martın 29-da “Neftçi”yə qarşı keçirəcək. Azərbaycan Premyer Liqasının 28-ci turunun görüşü Qəbələ şəhər stadionunda baş tutacaq. Paytaxt təmsilçisini isə Premyer Liqanın 29-cu turunda “Zirə” ilə üz-üzə gələcək. Bu oyun martın 30-da “Masazır Arena”da baş tutacaq.

Son xəbərlər

DAHA ÇOX

Ən çox oxunanlar