MY “Barselona”nın 19 yaşlı oyunçusunu heyətinə qatmaq niyyətindədir

“Mançester Yunayted” “Barselona”nın seneqallı müdafiəçisi Mikail Fay ilə maraqlanır.

Sports.az xəbər verir ki, Seneqal - Qabon oyununda “qırmızı şeytanlar”ın nümayəndələri iştirak ediblər.

Milli komandada debütündə Fay 44-cü dəqiqədə Qabon yığmasının qapısına möhtəşəm qol vurub. “Mançester Yunayted”in mütəxəssisləri son üç aydır ki, Mikail Fayın çıxışını izləyirlər və gənc müdafiəçinin Mançesterə keçidində maraqlıdırlar.

Son xəbərlər

DAHA ÇOX

Ən çox oxunanlar