Millimizdən Monqolustan üzərində çətin qələbə

İlk dəfə Bakıda təşkil olunan futbol üzrə “FIFA series – Edition 2024” layihəsi çərçivəsində bu gün ilk oyunlar keçirilib.

Sports.az xəbər verir ki, Azərbaycan millisi birinci görüşünə çıxıb.

Arif Əsədovun rəhbərlik etdiyi komanda Monqolustanı qəbul edib. Tofiq Bəhramov adına Respublika stadionunda baş tutan qarşılaşma yığmamızın çətin qələbəsiylə yekunlaşıb.

Digər matçda Bolqarıstanla Tanzaniya üz-üzə gəliblər. “Liv Bona Dea Arena”da təşkil olunmuş bu oyunda da bolqarlar tək qolla qalib gəliblər - 1:0.

“FIFA series – Edition 2024”
22 mart

Azərbaycan – Monqolustan 1:0
Qol: Bəhlul Mustafazadə, 90+1.
Baş hakim: Zorbay Küçük (Türkiyə).
Bakı, Tofiq Bəhramov adına Respublika stadionu.

Azərbaycan: 12. Rza Cəfərov, 2. Amin Seydiyev, 4. Bəhlul Mustafazadə, 15. Bədavi Hüseynov, 3. Elvin Cəfərquliyev, 10. Ozan Can Kökçü, 7. Coşqun Diniyev, 8. Emin Mahmudov (k), 19. Filip Ozobiç, 11. Ramil Şeydayev, 9. Renat Dadaşov.
Ehtiyat oyunçular: 1.Şahruddin Məhəmmədəliyev, 23. Səlahət Ağayev, 5.Bəxtiyar Həsənalızadə, 6. Emil Mustafayev, 13. Rahil Məmmədov, 14. Eddi İsrafilov, 16. Elvin Camalov, 17. Toral Bayramov, 18. Ceyhun Nuriyev, 20. Vüsal İsgəndərli, 21. Qismət Alıyev, 22. Musa Qurbanlı.
Məşqçi: Arif Əsədov.
Monqolustan: 1. Mönk-Erden Enktaivan, 17. Dulqun Amaraa, 3. Bayartsengel Purevdorj, 12. Munk-Orgil Orkon (k), 5. Filip Çinzoriq, 2. Uuganbat Bat-Erden, 8. Batmuk Balyinnyam, 6. Amgalanbat Batbaatar, 4. Bat-Orgil Gerelt-Od, 18. Uuganbayar Purevsuren, 9. Oyunbaatarin Mijiddorj.
Ehtiyat oyunçular: 13. Xanda Tsenquun, 22. Ariunbold Batsaikan, 7. Temulen Uuqanbat, 10. Qan-Erden Erdenebat, 11. Munk-Erden Batkyaq, 14. Munkbaatar Toqoo, 15. Kaşçuluun Naranbataar, 16. Temuulen Zayat, 19. Namsray Baatarsoqt, 20. Qantoqtok Qantuya, 21. Tsoqtbatar Batbayar, 23. Tuquldur Qantoqtok.
Baş məşqçi: İçiro Otsuka.

Son xəbərlər

DAHA ÇOX

Ən çox oxunanlar