“Azərreyl” finalda

Qadın voleybolçular arasında Azərbaycan çempionatında ilk finalçı müəyyənləşib.

Sports.az xəbər verir ki, "Azərreyl” həlledici raunda vəsiqə qazanıb.

Komanda yarımfinalın ikinci oyununda "Gəncə"yə uduzub - 2:3 (25:21, 25:20, 16:25, 17:25, 8:15)

"Azərreyl" ilk matçda 3:0 hesablı qələbəyə sevindiyi üçün finala yüksəlib.

Yarımfinal mərhələsinə aprelin 18-də yekun vurulacaq. “Abşeron” və “Murov Az Terminal” münasibətlərə aydınlıq gətirəcəklər. İlk görüşdə “Abşeron” qalib gəlib – 3:1.

Son xəbərlər

DAHA ÇOX

Ən çox oxunanlar