Arteta Xabi Alonsonu Almaniya Bundesliqasını qazanması münasibtilə təbrik etdi

“Arsenal”ın baş məşqçisi Mikel Arteta uşaqlıqdan dostluq etdiyi, “Bayer”in baş məşqçisi Xabi Alonsonu və daha əvvəl “topçular”ın heyətində çıxış etmiş leverkuzenli yarımmüdafiəçi Qranit Cakanı Almaniya Bundesliqasını qazanmaları münasibətilə təbrik edib.

Sports.az Artetanın bu barədə sözlərini təqdim edir:

“İlk növbədə, Xabi və Qraniti ürəkdən təbrik etmək istəyirəm, çünki bu, onun üçün də böyük bir gün idi, buna görə də onlar üçün xoşbəxtəm və etdikləri işdən çox təsirləndim. Bəli, Xabini təbrik etdim, çünki biz yaxşı dostuq və mən onun üçün çox xoşbəxtəm, amma bu, başqa bir hekayədir”.

Son xəbərlər

DAHA ÇOX

Ən çox oxunanlar