“Mançester Yunayted” 92 milyon avroya hücumçu alır

“Mançester Yunayted” heyətini yeni futbolçuyla gücləndirməyə yaxındır.

Sports.az xəbər verir ki, “qırmızı şeytanlar” “Atalanta”yla Rasmus Hoylundun transferini razılaşdırıb. Mançester klubu danimarkalıya görə qarşı tərəfə ümumilikdə 92 milyon avro ödəyəcək.

“Atalanta” daha öncə 20 yaşlı futbolçuya görə 100 milyon avro tələb edirdi.

Qeyd edək ki, Hoylund ötən mövsüm ərzində A Seriyasında 32 oyuna 9 qol vurub.

Son xəbərlər

DAHA ÇOX

Ən çox oxunanlar