"Qalatasaray" Dəmirbayla razılaşdı

“Qalatasaray” “Bayer Leverkusen”in futbolçusu Kərəm Dəmirbayla şəxsi müqavilənin şərtlərini razılaşdırıb.

Sports.az xəbər verir ki, İstanbul təmsilçisi 30 yaşlı futbolçuyla 2026-cı ilə qədər qüvvədə olan müqavilə bağlayacaq.

Almaniya millisinin keçmiş üzvü Türkiyə vətəndaşlığına da malikdir.

Qeyd edək ki, Dəmirbay 2019-cu ildən “Bayer”də çıxış edir.

Son xəbərlər

DAHA ÇOX

Ən çox oxunanlar