“Napoli” 140 milyon avroluq təklifi geri çevirdi

“Napoli” futbolçusu Viktor Osimheni heyətində saxlamaq istəyir.

Sports.az xəbər verir ki, Neapol təmsilçisi nigeriyalı hücumçusunu “Əl-Hilal”a satmaqdan imtina edib. Səudiyyə Ərəbistanı komandası Viktorun transferi üçün 120 və 140 milyon avro dəyərində 2 rəsmi təklif etsə də, rədd cavabı alıb.

“Əl-Hilal” yeni təklif irəli sürməyə hazırlaşır, Napoli isə Osimhenlə müqaviləni uzatmaq istəyir.

Qeyd edək ki, Osimhen 2020-ci ildən Napolinin şərəfini qoruyur. O, ötən mövsüm ərzində meydana çıxdığı 39 oyuna 31 qol vurub, 4 assist edib.

Son xəbərlər

DAHA ÇOX

Ən çox oxunanlar