MY Qrinvudun transfer qiymətini müəyyənləşdirdi

“Mançester Yunayted” “Xetafe”yə icarəyə gönədərdiyi hücumçusu Meyson Qrinvudu satmağı düşünür.

Sports.az xəbər verir ki, Qrinvudla Madrid “Atletiko”su və “Yuventus” maraqlanırlar.

“Mançester Yunayted” futbolçusunun satışından 30 milyon funt-sterlinq məbləğində qazanc əldə etməyi düşünür. Amma vurğulanır ki, maraqlı tərəflər bu məbləği çox yüksək məbləğ hesab edə bilərlər. Həmçinin vurğulanır ki, “Mançester Yunayted” Meyson Qrinvudun gələcəyi ilə bağlı hələ yekun qərar verməyib.

Son xəbərlər

DAHA ÇOX

Ən çox oxunanlar