“İnter” və “Napoli”dən xal itkisi

İtaliya A Seriyasında 32-ci turun oyunları keçirilir.

Sports.az xəbər verir ki, bu gün daha 4 oyun baş tutub.

“Napoli” evdə “Frozinone” ilə, lider “İnter” isə “Kalyari” ilə qarşılaşıb. Dörd qolun qeydə alındığı bu oyunlarda qalib müəyyənləşməyib.

Altı qolluq “Sassuolo” - “Milan” matçı da bərabərliklə yekunlaşıb.

“Udineze” - “Roma” matçı da hesab 1:1 olarkən, 72-ci dəqiqədə dayandırılıb. Buna “canavarlar”ın mərkəz müdafiəçisi Evan Ndikanın halının pisləşməsi səbəb olub.

İtaliya A Seriyası
32-ci tur

12 aprel

Latsio – Salernitana 4:1
Qollar: Felipe Anderson, 7; 35. Vesino, 14. İsaksen, 87 - Tçauna, 16.

13 aprel

Leççe – Empoli 1:0
Qol: Sansone, 89.

Torino – Yuventus 0:0

Bolonya – Montsa 0:0

14 aprel

Napoli – Frozinone 2:2
Qollar: Politano, 16. Osimhen, 63 – Şeddira, 50; 73.

Sassuolo – Milan 3:3
Qollar: Pinamonti, 4. Loryente, 10; 53 – Leao, 20. Yoviç, 59. Okafor, 84.

Udineze – Roma 1:1 (oyun yarıda qalıb)
Qollar: R.Pereyra, 23 – Lukaku, 64.

İnter – Kalyari 2:2
Qollar: Türam, 12. H.Çalhanoğlu, 74-pen – Şomurodov, 65. Viola, 83.

15 aprel

20:30. Fiorentina – Cenoa
22:45. Atalanta - Verona

Son xəbərlər

DAHA ÇOX

Ən çox oxunanlar