“Bayern” Yurgen Klopp və ya Xabi Alonso ilə müqavilə bağlamaq üçün bir il gözləməyəcək

“Bayern” rəhbərliyi işinə bir illik fasilə verəcəyi gözlənilən, “Liverpul”un alman çalışdırıcısı Yurgen Klopp və Leverkuzen “Bayer”i ilə müqaviləsi olan ispan mütəxəssis Xabi Alonsoya marağından daşınıb.

Sports.az xəbər verir ki, Almaniya nəhəngi gələcəkdə bu mütəxəssislərdən biri ilə anlaşmaq naminə indi müvəqqəti baş məşqçi təyin etmək fikrində deyil.

“Bayern” rəhbərliyi komandanı uzun müddət çalışdırmağa iddialı olan təcrübəli mütəxəssisə ehtiyac duyur. Həmçinin “Bayern” müvəqqəti təyinatları klubun simasına yaraşdırmır. Belə ki, Almaniya nəhəngi özünü məhz nəhəng olaraq görür, qısamüddətli layihələrə dayanmış ortabab klub olaraq deyil.

Son xəbərlər

DAHA ÇOX

Ən çox oxunanlar