Pley-off öncəsi son qarşılaşmaların tarixi açıqlandı

Qadın voleybolçuların Azərbaycan çempionatında dövrə oyunları aprelin 9-da başa çatacaq.

Sports.az xəbər vrir ki, Yüksək Liqanın 20-ci turunun bütün qarşılaşmaları Bakıda keçiriləcək.

Günün ilk matçı GİN-nin Voleybol Mərkəzində saat 15:00-da “Abşeron” və “Azərreyl” komandaları arasında olacaq. Ardınca meydançaya “Murov Az Terminal” və “Gəncə” kollektivləri çıxacaqlar. Saat 18:00-da başlayacaq bu görüş “CBC Sport” kanalı vasitəsilə canlı yayımlanacaq.

Turun digər oyunu isə UNEC-in İdman zalında təşkil olunacaq. Saat 18:00-da start götürəcək bu matçda “Milli Aviasiya Akademiyası” və UNEC üz-üzə gələcəklər.

Bu oyunlardan sonra pley-off mərhələsi start götürəcək.

Son xəbərlər

DAHA ÇOX

Ən çox oxunanlar