Millimiz Tailandda keçirilən beynəlxalq turnirdə iştirak edəcək

Aprelin 4-dən etibarən Tailandın Muanq Patum Tani şəhərində 3x3 basketbol üzrə beynəlxalq turnirin qrup oyunları start götürəcək.

Sports.az xəbər verir ki, Paris-2024 Olimpiadasının təsnifat oyunlarına hazırlıq məqsədi daşıyan beynəlxalq turnirdə, 3x3 qadın millimiz “B” qrupunda, “Lotto” (Polşa), “CT Tiger” (Tayland), “Udon Wolves”(Tayland), “Uratex Dream”(Tayland) klubları ilə qarşılaşacaq.

Beynəlxalq turnir 7 aprelə qədər davam edəcək.

Qeyd edək ki, 3x3 qadın millimizi beynəlxalq turnirdə Dina Ulyanova, Mersedes Volker, Tatyana Deniskina və Aleksandra Mollenhauerdən ibarət olan heyət təmsil edəcək.

Son xəbərlər

DAHA ÇOX

Ən çox oxunanlar