“Real”ın “Mançester Siti”ni keçməsinə şadam” - Kazemiro

“Mançester Yunayted”in braziliyalı dayaq yarımmüdafiəçisi Kazemiro Çempionlar Liqasının 1/4 final mərhələsinin “Mançester Siti” - “Real” cavab oyununun (1:1, penaltilər 3:4) nəticəsindən razı qaldığını etiraf edib.

Sports.az braziliyalı futbolçunun bu barədə fikirlərini təqdim edir:

“Real” və “Mançester Siti” oyununa baxanda əziyyət çəkdim, mən “Real”ın böyük pərəstişkarıyam! Əlbəttə, sevindim! “Real”, oradakı dostlarım və “Mançester Yunayted” üçün”, deyə Kazemiro vurğulayıb.

Xatırladaq ki, braziliyalı yarımmüdafiəçi karyerasının əvvəlində “Real”da çıxış edib.

Son xəbərlər

DAHA ÇOX

Ən çox oxunanlar