Klopp “Liverpul”la ancaq Avropa Liqasını qazana bilməyib

“Liverpul”un baş məşqçisi Yurgen Klopp “qırmızılar”la Avropa Liqası istisna olmaqla, indiyə qədər iştirak etdiyi bütün yarışlarda qalibiyyət əldə etməyə müvəffəq olub.

Sports.az xatırladır ki, alman mütəxəssisin rəhbərliyi altında mersisaydlılar Avropa Liqasında iki dəfə iştirak ediblər.

2015/2016 mövsümündə “Liverpul” finalda “Sevilya”ya məğlub olub, cari yarışda isə ümumilikdə “Atalanta”ya uduzaraq (evdə: 0:3; səfərdə: 1:0) yarışı 1/4 final mərhələsində başa vurub.

Yurgen Klopp “Liverpul”a 2015-ci ilin oktyabrında baş məşqçi təyin edilib. Alman mütəxəssis “qırmızılar”la 8 qənimət qazanıb - İngiltərə Premyer Liqası, Çempionlar Liqası, İngiltərə Kuboku, İngiltərə Liqa Kuboku (2 dəfə), İngiltərə Super Kuboku, UEFA Super Kuboku və FIFA Klub Dünya Kuboku.
 

Son xəbərlər

DAHA ÇOX

Ən çox oxunanlar