“Mançester Siti”nin marağına rəğmən, “Bayern” Musialanı satmayacaq

“Mançester Siti”nin Camal Musiala ilə fəal maraqlanmasına rəğmən, “Bayern” bu yay 21 yaşlı almaniyalı hücumameyilli yarımmüdafiəçisi Camal Musialanı satmaq niyyətində deyil.

Sports.az xəbər verir ki, klubun idman direktoru Maks Eberl də “Bayern”in digər rəhbərliyi kimi Musialanı satmaq imkanını belə, düşünmür.

Bu səbəbdən Münhen klubu gənc futbolçusuna transfer qiyməti müəyyənləşdirməyib. “Bayern” Musialanın klubun idman layihəsinin gələcəyi olacağını gözləyir.
 

Son xəbərlər

DAHA ÇOX

Ən çox oxunanlar