Danilo yayda “Yuventus”u tərk etmək fikrində deyil

“Yuventus”un və Braziliya millisinin müdafiəçisi Danilo növbəti mövsümdə komandada qalmaq niyyətindədir və yayda klubdan ayrılmaq istəmir.

Sports.az xəbər verir ki, Danilonun “Yuventus”la müqaviləsi 2025-ci ilin iyun ayına qədər qüvvədədir, amma daha 1 il müddətinə uzadılması bəndini ehtiva edir.

Danilo gələn mövsüm oyunların ən azı 50%-də oynasa, bu bənd fəallaşdırılacaq.

Vurğulanır ki, futbolçunun seçimi Turin klubunda qalmaqdır.

Son xəbərlər

DAHA ÇOX

Ən çox oxunanlar