Yeniyetmə cüdoçular Teplis Avropa Kubokunda iştirak edəcək

Avropa Cüdo Birliyinin təqviminə görə 6-7 apreldə Çexiyanın Teplis şəhərində yeniyetmələr cüdoçular arasında Avropa Kuboku keçiriləcək. 

Sports.az xəbər verir ki, turnirdə 32 ölkədən 627 idmançı iştirak edəcək. Azərbaycan yarışda qızlar arasında 7 çəki dərəsində 13 cüdoçu ilə təmsil olunacaq.

Cüdoçulara yeniyetmə qızlardan ibarət yığmanın baş məşqçisi Elnur İsmayılov və qadınlardan ibarət yığmanın məşqçisi İmamverdi Məmmədov rəhbərlik edəcək.

-40 kq
Xədicə Abdullayeva 

-44 kq
Leyla Ələkbərova 

-48 kq
Könül Eyvazlı
Nuranə Hacızadə 

-52 kq
Səmayə Yusifli 
Aysun Məmmədova 
Aliyə Rüstəmova 
Vüsalə Hacıyeva 

-57 kq
Nilgül Rzayeva 
Aytən Verdiyeva 

-63 kq
Fidan Cəlilli 
Mələk Bayramlı 

-70 kq
Rəna Əhmədova

Son xəbərlər

DAHA ÇOX

Ən çox oxunanlar