Pley-off mərhələsinin pqoramı açıqlandı

Kişi və qadın voleybolçular arasında Azərbaycan çempionatlarında yarımfinal mərhələsinin oyunlarının vaxtı dəqiqləşib.

Sports.az xəbər verir ki, pley-off mərhələsində yarımfinal qarşılaşmaları 15-18 aprel tarixlərində keçiriləcək.

Əsas mərhələnin nəticələrinə görə, turnir cədvəlində birinci olan komandalar dördüncü yerin sahibləri ilə, ikinci olan kollektivlər isə üçüncü yerləri tutan klublarla qarşılaşacaq.

Qeyd edək ki, yarımfinal mərhələsi iki qələbəyədək davam edəcək. İki oyundan sonra tərəflər hərəyə bir qələbə qazanarlarsa (setlər də bərabər olarsa), finala vəsiqənin sahibi Qızıl setdə müəyyənləşəcək.

Oyunlar GİN-in Voleybol Mərkəzində keçiriləcək, giriş sərbəstdir.

1-ci oyunlar

15.04.2024
15:00. “Azərreyl” (1) - MOİK (4) (kişilər)
18:00. “Azərreyl” (1) -  “Gəncə” (4) (qadınlar)

16.04.2024
15:00. “Murov” (2) - “Neftçi” (3) (kişilər)
18:00. “Abşeron” (2) - “Murov” (3) (qadınlar)

2-ci oyunlar

17.04.2024
15:00. MOİK (4) - “Azərreyl” (1) (kişilər)
18:00. “Gəncə” (4) -  “Azərreyl” (1) (qadınlar)

18.04.2024
15:00. “Neftçi” (3) “Murov” (2) (kişilər)
18:00. “Murov” (3) - “Abşeron” (2) (qadınlar)

Son xəbərlər

DAHA ÇOX

Ən çox oxunanlar