“Yüksək nəticələr əldə edəcəyimizə ümidvaram”

“Sərhədçi”nin baş məşqçisi Evren Alkaya “Xəzri” üzərindəki 98:70 hesablı qələbəni dəyərləndirib.

Sports.az xəbər verir ki, türkiyəli mütəxəssis Basketbol Liqasının 17-ci turu çərçivəsində baş tutan bu oyundan sonra bunları söyləyib:

“Oyunun çətin olacağını bilirdik. Ciddi hazırlaşırdıq. Bundan öncəki məğlubiyyətdən sonra bu oyunu qazanmağımız vacib idi. Hazırda rəqibin oyunçularında zədələr var, yeni dönənlər də oldu, biz də bunu dəyərləndirməliydik. Rəqibimiz yaxşı klubdur, baş məqçisi də həmçinin. Dediyim kimi, çox ciddi hazırlaşdıq. İlk hissədə aşağı nəticə göstərdik, amma daha sonra yaxşı atışlarımız oldu. Növbəti matçlarda da yüksək nəticələr əldə edəcəyimizə ümidvaram. Kubok matçını da bu şəkilfə qazanmaq istəyirik. Pley-off matçları növbəti həftəyə qaldı. Liqanın sonuncu həftəsində “Gəncə” - “Sumqayıt” matçından sonra bəlli olacaq. Əgər, bu tur “Sumqayıt” “Sabah”a uduzsa, pley-off mərhələsinə yüksələcəyik. Dediyim kimi, ciddi hazırlaşacağıq”.

Son xəbərlər

DAHA ÇOX

Ən çox oxunanlar