“İkinci hissədə komandam xarakter göstərdi” - Diniyev

"Səbail"in baş məşqçisi Şahin Diniyev Azərbaycan Premyer Liqasının 30-cu turu çərçivəsində doğma meydanda "Kəpəz"ə qarşı keçirdikləri oyundan sonra fikirlərini bölüşüb.

Sports.az xəbər verir ki, o, 3:3 hesablı heç-heçə barədə bunları söyləyib:

“Belə oyundan sonra danışmaq çox çətindir. İki fərqli hissə izlədik. İlk yarıda bəsit qollar buraxdıq. İkinci hissədə komanda həm xarakter göstərdi, həm də oyunla "Kəpəz"i sıxmağa başladı.4 dəqiqə əlavə olunan matçda son dəqiqədə qol buraxmaq çox ağırdır. Hakimlər oyunu ideal idarə etdi. Sadəcə vaxt çox artırdı. Qırmızı vərəqəyə baxılmasını çox istəyərdim. Sonda buraxdığımız qol hər şeyin üstündən xətt çəkdi. Futbolun iki üzü var. Kim deyirsə ki, "Səbail"ə hakimlərin simpatiyası var, yanlışdır. Kiminsə musiqisinə oynamağa çalışmayın. Növbəti oyuna hazırlaşmaq lazımdır. Futbolçularıma təşəkkür edirəm. İkinci hissədən tam razı qaldım. Futbolçular istəyirlər ki, tez qol vursunlar. Buna görə təzyiq yaranır. Komandanın funksional hazırlığı yüksək səviyyədədir. İkinci hissədə itiriləsi heç nə yoxdur deyə komanda dəyişir”.

Son xəbərlər

DAHA ÇOX

Ən çox oxunanlar