Həsənalızadənin komandası evdə xal itirdi

Türkiyə 1-ci Liqasında 30-cu turun matçları keçirilib.

Sports.az xəbər verir ki, Azərbaycan milli komandasının üzvü Bəxtiyar Həsənalızadənin formasını geyindiyi “Tuzlaspor” da növbəti matçına çıxıb.

İstanbul klubu evdə “Göztəpə” ilə qarşılaşıb. Bu oyunda qalib müəyyənləşməyib - 1:1.

Həsənalızadə də bu matçın iştirakçısı olub. 31 yaşlı futbolçu 90 dəqiqə oynayıb.

“Tuzlaspor” 32 xalla 15-ci pillədədir.

Son xəbərlər

DAHA ÇOX

Ən çox oxunanlar