Dünya kubokunda olay: Qrossmeysterimiz oyuna gecikdi və...

Bakıda davam edən şahmat üzrə Dünya Kubokunda daha bir biabırçılıq yaşanıb.

Sports.az xəbər verir ki, dünən keçirdiyi ilk oyunda panamalı beynəlxalq usta Roberto Sançez-Alvarezi məğlub edən qrossmeystirimiz Eltac Səfərli, cavab oyuna gecikərək texniki məğlubiyyət alıb.

Turnir qaydalarına görə, oyuna maksimum 15 dəqiqə gecikə bilərsən. Eltax isə tıxaca görə 22 dəqiqə gecikib. 

Eltacın gecikməsi üzündən bu cütlükdə hesab bərabərləşıb (1:1) və qalib bu gün keçiriləcək tay-brekdən sonra müəyyən olunacaq.

Qeyd edək ki, bu cütün qalibi FİDE-ni təmsil edən rus Andrey Yesipenko ilə qarşılaşacaq.

Son xəbərlər

DAHA ÇOX

Ən çox oxunanlar