Şahmat
Azərbaycan şahmatçısından 1/4 finalın ilk oyununda heç-heçə

15.08.2023 | 22:17
Azərbaycan şahmatçısı Nicat Abasov Bakıda təşkil olunan Dünya Kubokunda 1/4 final mərhələsinin ilk oyununu keçirib.
Sports.az xəbər veri rki, qara fiqurlarla mübarizə aparan 28 yaşlı qrossmeyster bu raundda Hindistan təmsilçisi Vidit Santoşla üz-üzə gəlib.
Qarşılaşma heç-heçə ilə başa çatıb - 0,5:0,5. İkinci görüşdə də qalib müəyyənləşməsə, tay-brek oynanılacaq.